Özünə 3 gün, 3 gecə toy etdi - Fotosessiya

ozune-3-gun-3-gece-toy-etdi
Oxunma sayı: 8284

Türkiyəli aktrisa Burcu Kara ötən ilin avqustunda nişanlandığı Fırat Parlaka ərə gedib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı aktrisa nişanlısıyla tanış olduqları gündə - 19 fevralda Belçikanın paytaxtı Brüsseldə nikah masasına oturub.

Türkiyənin Brüsseldəki Səfirliyində ailə həyatı quran cütlük daha sonra qonaqlarla birlikdə Bryuqqe şəhərinə gedərək oradakı tarixi qəsrin önündə toy fotosessiyası edib.

Kara ilə Parlak dostları və ailə üzvləri üçün Bryuqqedəki hotellərdən birinin bütün otaqlarını kirayələyərək 3 gün – 3 gecə toy edib.