Özünü 12-ci mərtəbədən atmaq istədi

ozunu-12-ci-mertebeden-atmaq-istedi
Oxunma sayı: 1397

Bakıda intihar cəhdinin qarşısı alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.