Özünü 76 yaşında asdı

ozunu-76-yasinda-asdi
Oxunma sayı: 765

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün rayonun Yuxarı Qəsl kəndində qeydə alınıb. Kənd sakini, 1941-ci il təvəllüdlü Hacıyev Vaqif Mirzə oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Evdə tənha yaşayan Vaqif Hacıyevin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.