Özünü 8-ci mərtəbədən atmaq istədi

ozunu-8-ci-mertebeden-atmaq-istedi
Oxunma sayı: 3092

 

Bakı şəhəridə intihara cəhd hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilibvə aidiyyəti üzrə təhvil verilib.