Özünü 9-cu mərtəbədən atdı

ozunu-9-cu-mertebeden-atdi
Oxunma sayı: 5477

Bakıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 36 yaşlı kişi özünü 9-cu mərtəbənin dəhlizindəki pəncərədən atıb.

Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 9 mərtəbəli binalardan birində qeydə alınıb. Nəticədə Əmircan qəsəbə sakini 1989-cu il təvəllüdlü Tural Azər oğlu Bağırov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.