Özünü bıçaqladı - Maddi çətinliyə görə

ozunu-bicaqladi-
Oxunma sayı: 1845

Bakıda 27 yaşlı oğlan intihara cəhd edib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, 28 May küçəsində baş verib. 1989-cu il təvəllüdlü Vəlizadə Müşfiq Nazim oğlu bıçaqla qarnına xəsarətlər yetirib. O, dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

M.Vəlizadənin yaxınları bildiriblər ki, o, maddi çətinliklər ucbatından həyatına qəsd edib.

Faktla bağlı araşdırma aparılır.