“Özünü demokratik adlandıran ölkələrin nə etdiyi hamıya məlumdur”

ozunu-demokratik-adlandiran-olkelerin-ne-etdiyi-hamiya-melumdur
Oxunma sayı: 1669

“İnsan alverinə qarşı mübarizə müharibə gedən ölkələrdə ikiqat artır. Azərbaycanı əhatə edən dövlətlərdə  bu məsələylə bağlı problem var. Miqrant axını artıb. Özünü demokratik adlandıran ölkələrin nə etdiyi hamıya məlumdur. Neçə-neçə gəmilər itir, batır. İnsan alveriylə bağlı daxildə məsələ belədir ki, regionlardan insanları aldadaraq gətirib gizli əməyə cəlb edirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.

O qeyd edib ki, bu qurbanların bəzilərinin sənədlərini alırlar, onları məcburi müxtəlif işlərə cəlb edirlər: “Çoxsaylı filmlər çəkilir. Çəkilən filmlər insan alverinin qarşısını almaqdansa, bu işi daha da sürətləndirir. Verilişlər var ki, insanları efirə çıxarırlar, amma çıxışlarla ictimaiyyəti çaşdırırlar. Özəl kanallara müdaxilə etmək olmur, ancaq dövlət televiziyasında insan alverinə qarşı mübarizə sahəsində maarifləndirici verilişlərin yayımlanmasına ehtiyac var”.

Günel Türksoy