Özünü dənizə atan qadın belə xilas edildi - Video

ozunu-denize-atan-qadin-bele-xilas-edildi
Oxunma sayı: 1971

Xəbər verdiyimiz kimi, dünən Bakı bulvarında intihara cəhd edən qadın xilas edilib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, aprelin 15-də Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub. Dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Ötən sutka ərzində 13 nəfər, o cümlədən dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər şəxs xilas olunub.

Özünü Xəzər dənizinə atan qadının xilas edilməsi görüntülərini təqdim edirik: