Özünü dənizə atan şəxs belə xilas edildi - Video

ozunu-denize-atan-sexs-bele-xilas-edildi
Oxunma sayı: 1700

Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) bir nəfərin intihar məqsədilə özünü dənizə atıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.