Özünü dənizə atan şəxs xilas edildi

ozunu-denize-atan-sexs-xilas-edildi
Oxunma sayı: 1724

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri, Sumqayıt dənizkənarı bulvarında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 m aralı, qeyri-çimərlik ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.