Özünü evində asdı

ozunu-evinde-asdi
Oxunma sayı: 2037

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Vaqif Əsədov özünü yaşadığı evdə asaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.