Özünü evindəki qaz borusundan asdı

ozunu-evindeki-qaz-borusundan-asdi
Oxunma sayı: 2630

Bakıda intihar hadisəsi baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayonun Z.Xəlilov küçəsi, ev 59, mənzil 62 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Anar Xəlilov yaşadığı evdə özünü iplə qaz borusundan asaraq intihar edib.

Hüquq-mühafizə orqanlarının apardıqları ilkin araşdırma nəticəsində A.Xəlilov ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.