Özünü güllələdi - Lənkəranda

ozunu-gulleledi
Oxunma sayı: 1656

Lənkəran rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şağlakücə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Şərifov Ramal Cəbrayıl oğlu pnevmatik tüfənglə ehtiyatsız davranış nəticəsində döş qəfəsindən yaralanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, müayinə zamanı döş qəfəsinin sol yarısında altıncı-yeddinci qabırğaların arasında içəri nüfuz edən qırma aşkar edilib və R.Şərifov əməliyat olunub.

Faktla bağlı araşdırma aparılır.