Özünü güllələyən deputat xanımı öldü - Məktubu tapılmışdı

ozunu-gulleleyen-deputat-xanimi-oldu-
Oxunma sayı: 2278

Türkiyənin MHP partiyasının deputatı Saffət Sancaqlının 16 gün əvvəl intihara cəhd etmiş xanımı dünyasını dəyişib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hülya Sancaqlı bu günlər ərzində müalicə aldığı xəstəxanada vəfat edib.

Xatırladaq ki, yanvarın 14-ü tapança ilə özünü vuran Hülya Sancaqlı xəstəxanaya ağır vəziyyətdə çatdırılmışdı. 19 il evli olan Sancaqlı cütlüyünün iki uşağı var.

Qeyd edək ki, intihar cəhdindən sonra Sancaqlının uşaqlarına yazdığı məktubu tapılmışdı:

“Duyğum, Mertim məni bağışlayın. Tükəndim. Bütün sevdiklərimdən üzr istəyirəm”.

Aysel Kərimova