Özünü hamamda asdı

ozunu-hamamda-asdi
Oxunma sayı: 2123

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Qafqazinfo” xəbər verir ki, Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Xanabad kəndində baş verib. Kənd sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Məmmədov Ümid Nizami oğlu özünü yaşadığı evin hamamında asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.