Özünü icra hakimiyyətinin qarşısında yandıran qazi ilə bağlı - Rəsmi açıqlama

ozunu-icra-hakimiyyetinin-qarsisinda-yandiran-qazi-ile-bagli
Oxunma sayı: 5139

Baş Prokurorluq bu gün Samuxda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib.

Xəbəri rus dilində oxuyun: Заур Мирзоев задержан - Официально

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.