Özünü jurnalist kimi təqdim edib pul tələb edən şəxs saxlanıldı - Video

ozunu-jurnalist-kimi-teqdim-edib-pul-teleb-eden-sexs-saxlanildi
Oxunma sayı: 2578

Abşeron rayonunda özünü jurnalist kimi təqdim edərək obyekt sahibindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ictimai iaşə obyektlərindən birinin sahibi tanımadığı bir nəfərin guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.