Anar Əliyevin söylədiyinə görə o, əsəb xəstəliyindən əziyyət çəkib. Ailəsinin ehtimalına görə o, intiharı da bu üzdən törətmiş ola bilər. Mərhum ailəli deyil və heç bir yerdə işləmir.
Qeyd edək ki, Rəfael Hümbətov əslən qərbi Azərbaycandandır. O, yanvarın 4-ü gecə saatlarında "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxaraq intihar edib. Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım xidməti əməkdaşlarının hər cür yardımından imtina edən Rəfael Hümbətov həkimlərlə heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər