Özünü körpüdən atmaq istəyən şəxsə qarşı - - İttiham

ozunu-korpuden-atmaq-isteyen-sexse-qarsi-
Oxunma sayı: 3245


“Qafqazinfo” ya daxil olan məlumata görə, adıçəkilən şəxs dələduzluqda ittiham olunur. O, bibisoğlu Tağıyev Namiqin külli miqdarda pulunu mənimsəyib. Bu barədə N. Tağıyevin vəkili İlham Mehrəliyev “Qafqazinfo” ya açıqlama verib.

Vəkil bildirib ki, Fəqan öz bibisioğlundan ona ev almaq məqsədilə 30000 manat pul alıb. Bunu da “ Kamran MMC”-nin adından edib. Belə ki,  bir neçə müddətdir ki, şirkətin adına olan saxta sənədlərdən 50-yə yaxın adam zərərçəkib. Camaatı aldadanlar MMC-nin vasitəçisi kimi özlərini təqdim edirlər. Halbuki “ Kamran MMC” bu məsələdən xəbərsizdir. Hazırda bir neçə dələduza görə tikinti şirkəti bağlanıb, işçiləri həbs olunub. Biz istəyirik ki, Fəqan Nəsibov törətdiyi cinayət əməlinə görə həbs edilsin. və adımız “ Kamran MMC” məsələsində zərərçəkmiş şəxs kimi təqdim edilməsin”.

Günel