Özünü Kürə atdı, xilas edildi

ozunu-kure-atdi-xilas-edildi
Oxunma sayı: 1463

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfər özünü suya atıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.