Amerikalı boksçu Floyd Meyvezer özünü həmyerlisi Məhəmməd Əli ilə müqayisə edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “The Pivot Podcast” yutub kanalında danışıb. İdmançı özünü boksun siması hesab etdiyini bildirib.
“Şuqar Rey Robinson, Məhəmməd Əli və Rey Leonard kimi idmançıları yüksək qiymətləndirirəm, onlar mənim üçün yol açdılar, ancaq bircə Floyd Meyvezer var və bu döyüşçülər məndən yaxşı deyil”, - o qeyd edib.
Qeyd edək ki, Floyd 50 döyüşdə 50 qələbə qazanıb. O, son peşəkar döyüşünü 2017-ci ildə keçirib.
Məhəmməd Əli iki dəfə ağır çəkidə mütləq dünya çempionu olub. Əli altı dəfə ilin boksçusu seçilib. Amerikalı oyunçu peşəkar səviyyədə 5 məğlubiyyət və 37 nokaut olmaqla 56 qələbə qazanıb.