Özünü parkda asan qızın uğursuz sevgi həyatı

ozunu-parkda-asan-qizin-ugursuz-sevgi-heyati
Oxunma sayı: 641

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Rəcəbova Sayad Elşən qızı özünü parkda ağacdan asıb.

Faktla bağlı araşdırma aparılır.

***
Xaçmaz rayonunda fəaliyət göstərən şirkətlərdən birinin xanım menecerinin asılmış meyiti tapılıb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Quba sakini olan 23 yaşlı Sayad Rəcəbova özünü şəhər mərkəzində yerləşən parkda asıb. O, şərfini ağaca bağlayaraq ilgək düzəldib və özünü öldürüb.

Hadisə yerinə gəlmiş prokurorluq əməkdaşları mərhumun üzərində hər hansı məktub tapmasalar da, mobil telefonunda şübhəli sevgi sms-ləri oxuyublar. Buna görə də gənc qızın özünə qəsd etməsinin də məhz sevgi uğursuzluğu olduğu ehtimal olunur.

Onu da əlavə edək ki, əslən Quba sakini olan S.Rəcəbovanın ailədə özündən başqa 3 bacı, bir qardaşı olub. Lakin 1997-ci ildə qardaşı da özünü öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.