Özünü pəncərədən atmaq istədi

ozunu-pencereden-atmaq-istedi
Oxunma sayı: 2239

Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.