Özünü qatarın altına atan tələbə danışdı

ozunu-qatarin-altina-atan-telebe-danisdi
Oxunma sayı: 2206


"Qafqazinfo" milli.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Devran necəsən? Niyə özünə qəsd etmişdin, bəlkə bizə deyəsən..

 - Qardaş, danışılası bir şey yoxdu

 - Mənə niyə özünə qəsd etməyini, deyəsən, bəlkə...

 - Elə böyük bir səbəb yoxdu, sadəcə həyata oyun kimi baxmaq.

- Bir az anlat, oynaya bildin həyatla?

- Yox, topum cırıq idi

- Həyatla oyuna saz topla çıxarlar axı...

- Burada sizinlə söz güləşdirmək fikrim yoxdu

- Söz güləşdirmirəm. Niyə həyatla oyuna çıxmışdın?

 - Çünki bu həyat arzularımı mənə vermək iqtidarında deyil

 - Devran, suallarımla səni incitmək fikrim yoxdu, sadəcə peşə belə tələb edir.

 - Qulaq as, məni bir nəfər incidə bilər, o da dövran.

 - Devranın heyfini dövrandan çıxa bildin?

 - Məni narahat etmə… sənə uğurlar.

- Sağ ol, sənə şəfalar… Möhkəm ol...

Qeyd edək ki, Devran Həsənov Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin 1-ci kurs tələbəsidir.