Özünü sevgilisinin sürdüyü qatarın altına atdı- - Foto

ozunu-sevgilisinin-surduyu-qatarin-altina-atdi-
Oxunma sayı: 1180


“Qafqazinfo”nun məluma verir ki, ailem.az-ın xarici mediaya istinadən xəbərinə görə, Böyük Britaniyada 36 yaşlı Qari Uells özünü üç həftə əvvəl ayrıldığı sevgilisinin sürdüyü qatarın altına ataraq intihar edib. 29 yaşlı Dayana Makdonald qatarı saxlaya bilməyərək onu vurub, Uells hadisə yerində dünyasını dəyişib. Xanım Makdonald Şotlandiyadakı “West Highland” xəttində çalışan ilk qadın maşinistdir. Hadisədən şoka düşən qadına tibbi müdaxilə olunub, bir neçə saatlıq yatızdırılıb.

Qeyd olunur ki, intihar edən Uellslə xanım Makdonald uzun müddət, təxminən 8-9 il sevgili olublar. Ancaq üç həftə əvvəl bu münasibət sona çatıb.