“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Atatürk prospektində özünü şübhəli aparan şəxs Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Yoxlama zamanı onun üzərindən 0,250 qram heroin aşkarlanıb. Məlum olub ki, həmin şəxs Sumqayıt sakini 1972-ci il təvəllüdlü Sahib Mirzəquliyevdir. S.Mirzəquliyev həbs edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər