“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib. Daha sonra Qarayev həmin silahla özünə atəş açıb. Bəsti Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı Seyfəddin Qarayev yaxınlarının köməkliyi ilə dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Həyat yoldaşının və özünün canına qıyan kişi ruhi xəstə olub. Həkim Murad Məmmədov deyir: "Xəstə Seyfəddin Qarayev xəstəxanaya çatdırılarkən çox ağır vəziyyətdə olub. Ona bütün lazımi yardımlar göstərilib. Buna baxmayaraq xəstənin ağciyəri və digər orqanları tam zədələndiyindən onu həyata qaytarmaq mümkün olmayıb".
Qeyd edək ki Seyfəddin Qarayevlə Bəsti Zeynalovanın rəsmi nikahları olmayıb. Qarayev buna qədər bir neçə dəfə müxtəlif şəxslərlə ailə həyatı qurub. Onun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər