"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, məlumatda bildirlir ki, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdub Bakı-Quba yolunun 40-cı km-nə aparmış və aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin töküb yandırıb.
M.Yaqubov hadisə yerində ölmüş, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.