Özünü yandıran Qarabağ əlilinin yoldaşının vəziyyəti ağırdır

ozunu-yandiran-qarabag-elilinin-yoldasinin-veziyyeti-agirdir
Oxunma sayı: 747


“Qafqazinfo” xəbər verir ki, 5 saylı şəhər klinik xəstəxanasından lent.az-a verilən məlumata görə, Jalə Salahovanın bədənin 45 faizi yanıb və hələ də reanimasiyadadır: "Onun vəziyyətində bir irəliləyiş yoxdur. Həyatı üçün təhlükə davam edir".

Xəstəxanadan bildirilib ki, xanımı ilə birgə özünü yandıran Elçin Salahovun vəziyyəti normaldır və palatadadır.

 Qeyd edək ki, Qarabağ qazisi olan Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahova avqustun 13-də Prezident Aparatının qarşında özlərini yandırıb. Onların özlərinin yandırma səbəbi isə evlərin əllərindən alınması olub.