Özünü yandıran qazinin vəfatından 40 gün keçdi

ozunu-yandiran-qazinin-vefatindan-40-gun-kecdi
Oxunma sayı: 1472


Mərasim əlilin yaşadığı ünvanda – Lökbatan qəsəbəsində keçirilir. Zaur Həsənov dekabrın 25-də Bakının mərkəzində özünü yandırıb və 4 gün sonra xəstəxanada keçinib.

Zaur Həsənovun etirazına səbəb 1995-ci ildən bəri Bibiheybətdə işlətdiyi kafenin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iddiası ilə sökülməsi olub. Baş Prokurorluq bildirib ki, veteranının özünü yandırması fakt üzrə «məhkəmə-tibbi ekspertizanın təyin edilib». Olaya görə kimsənin cəzalandırılmaması ölkə mediasında və vətəndaş cəmiyyətində narazılıq doğurub.

Azadliq.org