Xırdalan şəhərində intihar məqsədilə sirkə içən şəxs vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, şəhərin Nizami küçəsində yaşayan 1971-ci il təvəllüdlü Əkbər Əkbərov mayın 11-i evdə sirkə turşusu içərək özünü zəhərləyib. Kliniki Tibbi Mərkəzə yerləşdirilən Ə.Əkbərov mayın 14-ü xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.