Özünün həm stilisti, həm də fotoqrafı oldu

Özünün həm stilisti, həm də fotoqrafı oldu
Oxunma sayı: 3839

Dünyaca məşhur pop müğənnisi Rihanna nüfuzlu “Vogue- İtaly” jurnalının yeni nömrəsinin siması olub.

“Qafqazinfo” xəbər verir ki, dərginin iyun buraxılışının üz qabığında görünən ifaçı “Özün et” şüarı altında kamera qarşısına keçib.

O, öz obrazını hazırlayaraq stilistlik edib, eyni zamanda fotoqraf kimi şəkillərini çəkib.

Rihanna obrazını tamamlamaq üçün “Valentino” və “Savage x Fenty” brendlərinə müraciət edib.