Özünütəcrid qaydasının pozulması inzibati və cinayət məsuliyyəti yaradacaq

ozunutecrid-qaydasinin-pozulmasi-inzibati-ve-cinayet-mesuliyyeti-yaradacaq
Oxunma sayı: 1446

"Hazırda asimptomatik halları olan xəstələrin evdən müşahidə olunması ilə bağlı protokol hazırlanır":

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Azərbaycan yeganə ölkələrdəndir ki, simptomları olmayan şəxsləri də xəstəxanada müalicə edir. Amma xəstəxanaların doluluq səviyyəsinin artması gələcəkdə həmin xəstələrin evdə müalicə almasını tətbiq etməyə məcbur ola bilərik. Bu zaman həmin şəxsin özünütəcrid qaydasını pozması inzibati və cinayət məsuliyyəti yaradacaq".

Murad Əhməd