“Pajero”nu maneəyə çırpdı, sərnişini öldü

pajeronu-maneeye-cirpdi-sernisini-oldu
Oxunma sayı: 1393

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 16-da saat 7 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “Mitsubishi Pajero İO” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. 

Nəticədə sərnişini - Qazax rayon sakini Tacirə Daşdıyeva hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.  
   
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.