Pakaya vulkanı oyanıb - Fotolar + Video

pakaya-vulkani-oyanib
Oxunma sayı: 6213

Qvatemalada ölkənin ən aktiv vulkanlarından biri – Pakaya oyanıb.

Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qızmış lava dağın ətəyinə tərəf axıb, göyə isə qatı qara tüstü qalxıb.

Ətraf kəndlərin sakinləri püskürmənin tezliklə dayanması üçün dua edirlər.

Pakaya - Qvatemaladakı aktiv vulkandır, ilk püskürməsi təxminən 23 min il əvvəl baş verib.