Pakistan Baş Nazirindən Müstəqillik Günümüzlə bağlı paylaşım

Pakistan Baş Nazirindən Müstəqillik Günümüzlə bağlı paylaşım
Oxunma sayı: 3828

Pakistan Baş Naziri İmran Xan Azərbaycanı 18 Oktyabr- Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

“Qafqazinfo”nun məlumatına görə, o, öz tvitter hesabında Azərbaycan Prezidentinin səhifəsini işarələyərək bunları qeyd edib:

“Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə hörmət edirik. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi