Pakistan-Əfqanıstan sərhədində atışma - Ölənlər var

pakistan-efqanistan-serhedinde-atisma
Oxunma sayı: 712

Pakistanın Əfqanıstanla sərhədində terrorçularla hərbçilər arasında silahlı qarşıdurma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press”agentliyi məlumat yayıb.

Ordudan verilən məlumata əsasən, hücum edən silhlılardan biri özünü partladıb. Nəticədə 4 hərbçi həlak olub. Terrorçulardan biri öldürülüb, daha biri isə dirə ələ keçirilib.

Hücuma görə məsuliyyəti “Taliban” terror qruplaşması üzərinə götürüb.