Pakistan gözəli faciəli şəkildə öldü

pakistan-gozeli-facieli-sekilde-oldu
Oxunma sayı: 2893

2012-ci ildə “Pakistan gözəli” seçilmiş model Zanib Navid yol qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Merilənd ştatında baş verib. “Mrecedes” markalı avtomobili ilə Baltimor-avenyuda irəliləyən Navidin maşını səkiyə çırpılaraq aşıb və əks zolağa çıxıb. 32 yaşlı model hadisə yerində dünyasını dəyişib. Ekspertiza zamanı Zanibin içkili olmadığı üzə çıxıb. O, Nyu-Yorkdakı evinə gedirmiş və mənzil başına çatmağına 4 saatlıq yolu qalıbmış.

Zanibin ölüm xəbərini eşidən həyat yoldaşı Əli-Heydər Şah şok keçirib. Faciə baş verən gün Kopenhagendə olan Şah bunu özünə bağışlamır.

Qeyd edək ki, Zanib 2012-ci ildə Pakistan gözəli seçildikdən sonra “Yer kürəsi gözəli”, “Kainat gözəli”, “Dünya gözəli” müsabiqələrində iştirak edib.