Pakistan koronavirusdan qorunmaq üçün dua edəcək

pakistan-koronavirusdan-qorunmaq-ucun-dua-edecek
Oxunma sayı: 1159

Pakistanda yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə miqyasında dua ediləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, elm adamları və dindarlarla bir araya gələn Pakistan Prezidenti Arif Alvi görüşdən sonra açıqlama verib. “Üləma xalqdan marketlərə və izdihamlı yerlərə gedərkən diqqətli olmalarını istəyir”, - deyə Alvi bildirib.

Onun sözlərinə görə, sabahdan etibarən koronavirusdan qorunmaq üçün hər cümə ölkə miqyasında Allaha dua ediləcək.

Qeyd edək ki, Pakistanda koronavirusa yoluxanların sayı 406 mini keçib, 8,200-dən çox insan bu virusun qurbanı olub.