Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəldi

pakistan-milli-assambleyasinin-sedri-azerbaycana-geldi
Oxunma sayı: 943

Pakistan Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Raca Pərviz Əşrəfin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan Milli Assambleyasının sədrini Azərbaycan ı Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə və digər rəsmi şəxslər qarşılayıblar.