Pakistan öz səfirini yenidən Hindistana göndərir

pakistan-oz-sefirini-yeniden-hindistana-gonderir
Oxunma sayı: 735

“Hindistanla Pakistan arasında gərginlik azalır. Rəsmi İslamabad bunu müsbət dəyişiklik kimi dəyərləndirir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan XİN rəhbəri Şah Mahmud Kureşi bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi səfiri Nyu-Dehliyə göndərmək qərarını verib. 

“Yaxın günlərdə Pakistan nümayəndə heyəti Hindistana səfər edərək bu ölkənin səlahiyyətli orqanları ilə Kartarpursk dəhlizinin açılmasının perspektivlərini müzakirə edəcəklər. Bu dəhliz hind zəvvarların Pakistana vizasız səfərlər etməyinə imkan yaradacaq”, - deyə Kureşi vurğulayıb.

Qeyd edək ki, Pakistan fevralın 27-də Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir. Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub. 

Xatırladaq ki, iki ölkə arasında  gərginlik bu il fevralın 14-də mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumundan sonra artıb. Terrakt nəticəsində 45 nəfər ölüb. Hücuma məsuliyyəti Pakistanda yerləşən və Məsud Azharın rəhbərlik etdiyi  “Caiş-e-Muhammad” adlı təşkilat öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terror qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Rəsmi İslamabad isə ittihamları qəbul etməyib.