Pakistan Prezidenti Bakıya gələcək

pakistan-prezidenti-bakiya-gelecek
Oxunma sayı: 1167

Pakistan Prezidenti Arif Alvi Bakıya səfər edəcək.

"Qafqazinfo" Pakistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, A.Alvinin ölkəmizə səfərinin məqsədi Qoşulmama Hərəkatının Bakıda baş tutacaq XVIII Zirvə Görüşündə iştirak etməkdir.

Qeyd edək ki, sammitin 25-26 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.