Pakistan prezidenti koronavirusa yoluxdu

pakistan-prezidenti-koronavirusa-yoluxdu
Oxunma sayı: 2394

Koronavirus əleyhinə vaksinin birinci dozası vurulan Pakistan Prezidenti Arif Alvi COVİD-19-a yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

“Mənim test nəticəm pozitiv çıxdı. Allah bütün COVİD-19 xəstələrinə rəhm eləsin. Birinci doza vaksini qəbul etmişdim, ancaq antitellər ikinci dozadan sonra yaranmağa başlayır. İkinci doza bir həftə sonra vurulmalı idi. Xahiş edirəm, ehtiyatlı olmağa davam edin”, - deyə Alvi bildirib.

Xatırladaq ki, Pakistanın Baş naziri İmran Xan da birinci doza vaksindən sonra koronavirusa yoluxmuşdu.