Bu gün Pakistanın iki ayrı bölgəsində terror hadisəsi baş verib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, Bəlucistan vilayətinin Quetta şəhərində polisin nəzarət məntəqəsində bomba ilə yüklənmiş avtomobil partladılıb.
Hadisə zamanı 7-si polis olmaqla 13 nəfər ölüb, 19 nəfər yaralanıb. Terror aktını “Taliban”ın Pakistandakı qolu “Camaat-ul-Əxrar” öz üzərinə götürüb.
Paraçinar şəhərində isə bazarda 3 dəqiqə ara ilə 2 terror hadisəsi baş verib. Nəticədə 25 nəfər ölüb, ən az 100 nəfər yaralanıb.
Beləliklə, Pakistanda bir gündə baş verən terror aktları nəticəsində 38 nəfər ölüb, ən az 113 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər