Körfəz ölkələri tərəfindən diplomatik blokadaya alınan Qətərə Pakistan tərəfindən dəstək gəlib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, məsələ Pakistan parlamentində müzakirəyə çıxarılacaq.
Pakistan Körəz regionunda böhranın aradan qaldırılmasına dəstək vermək üçün bu addımı atmaq istəyir.
Əgər qanun layihəsi qəbul edilərsə yaxın zamanlarda 20 min pakistanlı əsgər Qətərə göndəriləcək.
Qeyd edək ki, Türkiyə parlamenti də qanun layihəsi qəbul edərək Qətərə 5 min əsgərin yerləşdirilməsinə icazə verib.
Son xəbərlər
Son Xəbərlər