Pakistan səfirliyi vizaları elektron qaydada verəcək

pakistan-sefirliyi-vizalari-elektron-qaydada-verecek
Oxunma sayı: 1046

Fevralın 1-dən etibarən Pakistanın Azərbaycandakı səfirliyi vizaların elektron qaydada verilməsinə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Pakistan səfirliyinin feysbuk hesabında bildiriş yayımlanıb.

“1 fevral 2021-ci il tarixindən etibarən bütün müraciətçilərin viza müraciətlərini www.visa.nadra.gov.pk portalından həyata keçirməsi tövsiyə olunur”,- deyə bildirişdə qeyd olunub.