Pakistan Senatının sədri Bakıda - Foto

pakistan-senatinin-sedri-bakida
Oxunma sayı: 1432

Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancraninin rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistan parlamentinin nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov qarşılayıblar.