Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

pakistan-silahli-quvvelerinin-rehberi-iran-prezidenti-ile-gorusdu
Oxunma sayı: 1357

Tehranda səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Rza İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı hər iki tərəf “iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində uzunmüddətli əməkdaşlığa başlamaq” arzusunu ifadə edib.

Görüşdə həmçinin ikitərəfli strateji maraq doğuran məsələlər və regionda təhlükəsizlik məsələsi müzakirə olunub.

General Nadim Rza, həmçinin, İranın müdafiə naziri, Baş Qərargah rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı və İran Hərbi Dəniz Qüvvələrinin komandanı ilə ayrı-ayrılıqda görüşlər keçirib. 

Qeyd olunur ki, İran hərbi rəhbərliyi Pakistan silahlı qüvvələrinin peşəkarlığını yüksək qiymətləndirib və onların terrorizmlə mübarizədəki xidmətlərini etiraf edib.