Pakistan uçuşları bərpa etdi

pakistan-ucuslari-berpa-etdi
Oxunma sayı: 737

Ötən həftə Hindistanla yaşanılan gərginlik səbəbindən hava məkanını bütün uçuşlara bağlayan Pakistan uçuşları bərpa edib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bununla da 6 günlük gözləmə başa çatıb.

Qeyd edək ki, 26 fevralda Hindistanın iki qırıcısı Pakistanın hava məkanını pozduğu üçün vurulub. Bundan sonra Hindistan Pakistanın bir təyyarəsini yerə salıb.