Pakistanın Karaçi şəhərində “Trust Əl Qusiya” Xeyriyyə Fondu 100 cütlük üçün toy mərasimi təşkil edib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Fond maddi imkansızlıq səbəbindən ailə qura bilməyən gəncləri evləndirərək onları sevindirib.
Milli geyimdə bəzənən gənclər mərasimdə rəngarəng görüntülər yaradıblar.